İnqilab Rəhbərinin xüsusi nümayəndə heyəti Kermanşaha səfər edib
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin xüsusi nümayəndə heyəti höccətülislam vəlmüslimin Əbdülhüseyn Müəzzinin başçılığı ilə zəlzələdən zərərçəkmiş məntəqələrə baxış keçirmək üçün bu gün Kermanşah ostanına səfər edib.
İRNA-nın məlumatına görə, İnqilab Rəhbərinin Qırmızı Aypara Cəmiyyətindəki nümayəndəsi höccətülislam vəlmüslimin Əbdülhüseyn Müəzzi və onu müşayiət edən heyət zəlzələdən zərərçəkmiş ailələr ilə görüşüb, zəlzələdən zərərçəkmiş məntəqələrə baxış keçirməli və mövcud vəziyyəti dəyərləndirməlidir.
Kermanşah əhalisinin Rəhbərlik Xübrəqanı Məclisindəki nümayəndəsi höccətülislam vəlmüslimin Mahmud Məhəmmədi İraqi və İranın Qırmızı Aypara Cəmiyyətinin bir qrup məsul şəxsi Kermanşaha olan səfərdə höccətülislam vəlmüslimin Müəzzini müşayiət edirlər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bazar ertəsi günü İran xalqına başsağlığı müraciətində bütün ordu və dövlət orqanlarından zəlzələdən zərərçəkənlərin problemlərinin həll edilməsi prosesini sürətləndirmələrini istəyib.