Noy 15, 2017 13:57 Asia/Baku
  • İraqçı: Qərbi Asiyanın silahlanma prosesi nigaranedicidir
    İraqçı: Qərbi Asiyanın silahlanma prosesi nigaranedicidir

İran xarici işlər nazirinin müavini Qərbi Asiyanın dünyanın ən böyük silahlanma bazarına çevrildiyini bəyan edərək bildirib: Qərbi Asiyanın silahlanma prosesi nigaranedicidir.

İRNA-nın məlumatına görə, seyid Abbas İraqçı bu gün Tehranda keçirilən "Qərbi Asiyada silahlanma və regional təhlükəsizlik prosesləri beynəlxalq seminarda deyib: Qərbi Asiyada ən böyük silah müştəriləri Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədir və bu silahları ABŞ-dan alırlar. 

İraqçı qərbin silah satışına marağı, öz iqtisadi mənafelərini düşünmələri, ölkələrin daxili məsələləri və təhlükəsizlik boşluğu, eləcə də gələcəkdən nigaranlığı Qərbi Asiyanın ölkələr arasında ən ağır silahlanma rəqabətinə keçməsinə səbəb olan amillər adlandırıb. 

Teqlər