Noy 16, 2017 10:33 Asia/Baku
  • İranlı diplomat: İran və müttəfiqlərin terrorizm ilə mübarizə səyləri nəticə verib
    İranlı diplomat: İran və müttəfiqlərin terrorizm ilə mübarizə səyləri nəticə verib

İranın xarici işlər nazirinin müavini deyib: Son aylarda Terrorizmlə mübarizə sahəsində İran İslam Respublikası, Suriya və digər müttəfiqlərin bir neçə illik səyləri, səmərə verib.

Hüseyn Cabiri Ənsari dünən Dəməşqdə Suriya xarici işlər naziri Vəlid Əl-Müəllim ilə görüşündən sonra müxbirlərə verdiyi müsahibədə deyib: İran İslam Respublikası, Suriya və digər müttəfiqlər siyasi sahələrdə də əlverişli uğurlar əldə ediblər və bu müsbət prosseslər təkmilləşdirilməli və təsbit edilməlidir. 

Cabiri Ənsari deyib: İran Suriya və başqa müttəfiqlər digərlərinin meydanda itirdiklərini siyasi yolla əldə etmələri ilə razılaşa bilməzlər.

İranın xarici işlər nazirinin müavini Dəməşqə səfərdə məqsədini Suriya və regiondakı siyasi və meydan hadisələrini koordinasiya etmək olduğunu bildirərək gələcək təşəbbüslər üçün əlavə koordinasiyalara təkid edib. 

Hüseyn Cabiri Ənsari dünən Suriyaya səfərində bu ölkə prezidenti Bəşar Əsəd , xarici işlər naziri Vəlid Əl-Müəllim və bəzi dəgər rəsmiləri ilə görüşüb. 

Teqlər