Noy 21, 2017 15:09 Asia/Baku
  • Ruhani: İŞİD üzərində qələbə İran və region xalqları üçün xoş bir xəbərdir
    Ruhani: İŞİD üzərində qələbə İran və region xalqları üçün xoş bir xəbərdir

İran İslam Respublikası prezidenti Suriyada İŞİD terror qruplaşmasının köklərinin qurudulmasını İran və region xalqları üçün xoş xəbər adlandırıb.

Həsən Ruhani bu gün Tehranda "Kənd Təsərrüfatı Evi"nin 5-ci ümumi iclasında etdiyi çıxışı zamanı İŞİD-in məğlub olması münasibətiilə İslam İnqilabının Böyük Rəhbərini, İslam İnqilabı Keşikçiləri Korpusunu xüsusilə, Sepah-ın Qüds Batalyonu komandanı ordu generalı Qasım Süleymanini və iranlı diplomatları təbrik edib və deyib: İŞİD bəzi böyük qüdrətlər və regionun irticaçı rejimləri tərəfindən silahlandırılan və maliyyələşdirilən bir terror qruplaşması idi.

Ruhani İslam İnqilabının Böyük Rəhbərini, xalqı, silahlı qüvvələri və bütün islam mübarizlərini vəhşilik, adam öldürmək və şəhərləri viran etməyi özünə peşə etmiş İŞİD terror qruplaşması üzərindəki qələbə münasibətilə təbrik edib.

O, həmçinin Ərəb Liqasının rəftarlarından təəssüf etdiyini bildirib və deyib: Köhnə, çürük, faydasız və təsirsiz bir təşkilatın xarici işlər nazirləri Ərəb Liqası adı altında bir araya gələrək, Yəmən xalqının iki ildən çoxdur ki davam edən hücumlara və amansız təcavüzlərə baxmayaraq, hələ də mübarizədən əl çəkməməsindən təəssüfləndirklərini bildirir və Yəmən xalqının Ər-Riyada atdığı raketdən narahat olduqlarını deyirlər.

Teqlər