İran və Rusiya silahlı qüvvələri baş qərargah rəisləri görüşüblər
https://azeri.sahartv.ir/news/İran-i287011-İran_və_rusiya_silahlı_qüvvələri_baş_qərargah_rəisləri_görüşüblər
İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi ordu generalı Məhəmməd Baqeri bu gün səhər Soçi şəhərində Rusiya ordusu baş qərargah rəisi Valeri Gerasimov ilə görüşüb. Görüşdə Suriya məsələsi və regionda cərəyan edən son hadisələr müzakirə edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2017 15:30 Asia/Baku
  • İran və Rusiya silahlı qüvvələri baş qərargah rəisləri görüşüblər
    İran və Rusiya silahlı qüvvələri baş qərargah rəisləri görüşüblər

İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi ordu generalı Məhəmməd Baqeri bu gün səhər Soçi şəhərində Rusiya ordusu baş qərargah rəisi Valeri Gerasimov ilə görüşüb. Görüşdə Suriya məsələsi və regionda cərəyan edən son hadisələr müzakirə edilib.

İRİB-nin verdiyi məlumata görə, bu ikitərəfli görüş Rusiya, İran və Türkiyə silahlı qüvvələri baş qərargah rəislərinin üçtərəfli görüşündən öncə baş tutub.

General Məhəmməd Baqeri bazar ertəsi günü yüksək səviyyəli bir hərbi heyətin başında Rusiyanın Soçi şəhərinə səfər edib.

Bu səfərdə məqsəd İran, Rusiya və Türkiyə silahlı qüvvələri baş qərargah rəislərinin üçtərəfli iclasında iştirak etməkdir.