İran, Rusiya və Türkiyənin Suriyanın şimal-qərbində əməkdaşlıqları artır
https://azeri.sahartv.ir/news/İran-i287089-İran_rusiya_və_türkiyənin_suriyanın_şimal_qərbində_əməkdaşlıqları_artır
Rusiya Müdafiə Nazirliyi Suriyanın şimal-qərbində İdlibdə əməkdşalıqların artırılması üzrə İran, Rusiya və Türkiyənin razılaşmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2017 07:35 Asia/Baku
  • İran, Rusiya və Türkiyənin Suriyanın şimal-qərbində əməkdaşlıqları artır
    İran, Rusiya və Türkiyənin Suriyanın şimal-qərbində əməkdaşlıqları artır

Rusiya Müdafiə Nazirliyi Suriyanın şimal-qərbində İdlibdə əməkdşalıqların artırılması üzrə İran, Rusiya və Türkiyənin razılaşmasından xəbər verib.

İnterFax informasiya agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı günü bir bəyanatda bildirib: Tehran, Ankara və Moskva Suriyanın İdlib vilayətində təhlükəsiz zonada əməkdaşlıqların yüksəldilməsi haqda razılığa gəliblər. 

Bu bəyanatda bildirilib: İran, Rusiya və Türkiyə Suriyada İŞİD və Ən-Nüsrə Cəbhəsi terror qruplaşmalarının qalan terrorçularının məhvi üzrə addımlar üzərində işləyirlər.

İran, Rusiya və Türkiyə 4 may 2017-ci ildə Qazaxıstan paytaxtı Astanada razılaşma imzaladılar. Bu razılaşmaya əsasən, İdlib, Laziqiyyə, Homs, Hələb, Həma, Dəməşq, Şərqi Qutə, Dəra və Qünəytrənin bir sıra bölgələrində gərginliyin azaldılması istənilir. 

Suriya ordusu və müqavimət mehvəri 19 noyabrda Deyruz-Zur vilayətində Bukamal şəhərini tam azad etməklə İŞİD terror qruplaşmasını Suriyadakı son bazasından qovdular.