Noy 22, 2017 14:04 Asia/Baku
  • Şəmxani: İran İŞİD-in məqsədlərinin gerçəkləşməsinin önlənilməsində mühüm rol oynayıb
    Şəmxani: İran İŞİD-in məqsədlərinin gerçəkləşməsinin önlənilməsində mühüm rol oynayıb

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İraq və Suriyada İŞİD-in məğlub olması münasibəti ilə region xalqlarını təbrik edərək, deyib: İranın Suriya və İraqı dəstəkləməsi İŞİD və bu terror qruplaşmasını himayə edən tərəflərin regionla bağlı planlarını zərərsizləşdirməkdə mühüm rola malik olub.

Çərşənbə axşamı İranın 2-ci telekanalının " Özəl söhbət" proqramının qonağı olan Əli Şəmxani deyib: İŞİD-in öz məqsədlərinə nail olması regionda müsəlmanlar və digər dini azlıqlar üçün bir faciə olacaqdı. Amma, Suriya və İraq rəsmilərinin istəyi ilə İran İŞİD ilə mübarizə meydanına daxil oldu və bu faciəni önlədi. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani əlavə edib: Əgər bəzi Qərb dövlətləri və regionun irticaçı ərəb rejimləri İŞİD terror qruplaşmasını tam aşkar və birbaşa formada himayə etməsəydilər, İraq və Suriyada terrorçular ilə mübarizəni daha sürətlə yekunlaşdırmaq, zərər və ziyanları minimuma endirmək olardı. 

Şəmxani həmçinin deyib: Bu mübarizədə 100 minlərlə suriyalı öldürüldü və təqribən 6 milyon insan didərgin düşdü. Dəyən maddi zərər və ziyanın miqdarı isə 500-600 milyard dollar təxmin edilir. Bütün bunlar bəzi region ölkələrinin ifratçılığı və ambisiyalarının habelə, Qərbin terrorizmdən İsrail rejiminin təhlükəsizliyini təmin etmək üzrə məqsədyönlü şəkildə istifadə etməsinin nəticəsidir. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib: Bəzi qonşu ölkələr İŞİD-çi istehsal edən mərkəzlərə malikdirlər. Onların kənarında isə terrorizmin ideologiyası olan "vəhhabilik" məktəbi dayanır. Və bu ideoloji təhdidin və terrorçu istehsal edən mərkəzlərin var olduğu zamana kimi regionun təhlükəsizliyini təhdid edən amillər də tükənməyəcək. 

Teqlər