OPEK bazara çıxarılan qazın həcminin artırılmasına qarşı çıxdı
-
OPEK bazara çıxarılan qazın həcminin artırılmasına qarşı çıxdı
Qaz İxrac edən Ölkələr Təşkilatı (Qaz OPEK-i) dünya bazarlarına çıxarılan təbii qazın həcminin artırılmasına qarşı çıxıb.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, Qaz İxrac edən Ölkələr Təşkilatının baş katibi Məhəmməd Hüseyn Adili çərşənbə axşamı günü Boliviyanın Santa-Kruz şəhərində deyib: Dünya bazarı rəqabətə ehtiyaclıdır və Qaz OPEK-nə üzv ölkələr gələcəkdə dünya bazarına əlavə qazın çıxarılmasını mümkün hesab etmirlər.
Adili əlavə edib: Qazın istehsalı və istehlakının müqayisəsi ilə istehsal olunan qazın istehlakdan çox olmadığını aydınlaşdırır.
Adili deyib: Bugünkü enerji bazarında rəqabətin olması çox önəmlidir və rəqabət zəif olarsa, bazarın yaxşı funksiyası olmayacaq.
Qətər, İran, Rusiya və Venesuela kimi böyük ölkələrin iştirakı Boliviyada keçirilən bir həftəlik iclasda dünyanın təbii qaz ixrac edən ölkələri qazın qiymətinin təyin olunması metodlarını araşdırırlar.
Həmçinin Santa-Kruzda təbii qaz ixrac edən şirkətlərin icraiyyə direktorları və nazirlərin konfransı təşkil olunacaq.
Bazara çıxarılan qazın artması onun qiymətinə zərbə vurub və bu, alış-verişdə və müqavilələrin şərtlərinin təyin olunmasında qazın beynəlxalq müştərilərinin nüfuzunu artırıb.