General Heydəri: İŞİD-in məğlubiyyəti İranın qüdrətinin nişanəsidir
İran İslam Respublikası ordusunun quru qoşunlarının komandanı bu gün vurğulayıb: İŞİD terror qrupunun məğlubiyyəti İran İslam Respublikasının qüdrəti və İslam İnqilabının Böyük Rəhbərinin tədbirinin nişanəsidir.
General-mayor Kiyumərs Heydəri İranın Urmiyyə şəhərində İŞİD-i ABŞ daxil olmaqla imperialist dövlətin məhsulu adlandırıb və belə deyib: Bu terror qrupu Amerikanın və onun müttəfiqlərinin himayələri altında müsəlmanlara və bəşəriyyətə qarşı hövlnak cinayətlər törədibdir.
İran İslam Respublikası ordusunun quru qoşunlarının komandanı bildirib ki, hazırda İslami İran sərhədlərində davamlı təhlükəsizlik hökm sürür. O, qeyd edib ki, İŞİD terror qrupunun işi Allah-Taalanın iradəsi, İslam İnqilabının Böyük Rəhbərinin göstərişləri, həmçinin İranın güclü silahlı qüvvələrinin müşayiəti ilə tam şəkildə bağlanıbdır.
Suriya və İraqda böhranlar müvafiq olaraq, 2011 və 2014-cü illərdə və region parametrlərinin sionist rejimin xeyrinə dəyişdirilməsi üçün Ərəbistanın, ABŞ-ın və onun müttəfiqlərinin himayə etdikləri terror qruplarının geniş hücumları ilə başlandı.
İraqlı qüvvələr İran İslam Respublikasının məsləhət köməkləri ilə noyabrın on yeddisində Ələnbar vilayətindəki Ravə şəhərini təkcə bir neçə saat ərzində terrorçuların işğalından azad edə biliblər. Bu şəhərin azad edilməsilə əslində İŞİD-in İraqdakı işi bitibdir.
Suriya ordusu və müqavimət qüvvələri də noyabrın 19-da Diyrəzzur vilayətinin cənubunda yerləşən Əlbukəmal şəhərini tam şəkildə İŞİD terror qrupunun işğalından çıxardılar və Əlbukəmal şəhərinin azad edilməsilə İŞİD-in Suriyadakı işi də bitibdir.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymani çərşənbə axşamı günü səhər, İslam İnqilabının Böyük Rəhbərinə ünvanladığı bir məktubda İŞİD-in xəbis şəcərə hökmranlığının bitdiyini elan və bu böyük qələbə münasibətilə Ayətullahuluzma Xameneini və İslam dünyasını təbrik etdi.