Noy 24, 2017 09:44 Asia/Baku
  • Vilayəti: İran qonşularını qorumaq üçün özünü fəda edir
    Vilayəti: İran qonşularını qorumaq üçün özünü fəda edir

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: İran İslam Respublikasının regiondakı nüfuzu fəxrli olmuşdur. Çünki bu nüfuz dostluq nüfuzudur və İran İslam Respublikası qonşularını qorumaq üçün özünü fəda edir.

Əli Əkbər Vilayəti cümə axşamı günü İranın 2-ci televiziyasının xüsusi xəbər buraxılışında İran İslam Respublikasını müqavimət mehvəri adlandırıb və əlavə edib: İran İslam Respublikası Suriya, İraq və Livana kömək etməsəydi, hazırda Bağdad, Dəməşq və Beyrut İŞİD-in əlində idi. 

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri İranın tarix boyu güclü olduğu zaman sərhədlərdən kənarda düşmənlərlə mübarizə apardığını bəyan edərək deyib: Suriya və İraqın qanuni hökumətləri bu ölkələrin rəsmilərinin açıqlamalarına əsasən, İŞİD-lə mübarizə üçün İrandan kömək istəyiblər. 

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri İŞİD-i ABŞ-ın Black-Water Kompaniyasının nümunəsi adlandırıb və deyib: Avropa ölkələrinin güclənmək üçün birləşdikləri və Avropa Birliyini təşkil etdikləri halda, Yaxın Şərq və islam ölkələrinə nüfuz və istila üçün onları parçalamaq istəyirlər. 

Teqlər