Noy 25, 2017 09:55 Asia/Baku
  • Cahangiri: İran regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün bütün imkanlarından istifadə edir
    Cahangiri: İran regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün bütün imkanlarından istifadə edir

İİR prezidentinin birinci müavini deyib: Bəzi dövlətlərin Asiyanın qərbində böhran yaratmaq cəhdlərinə rəğmən İran Orta şərqin stabillik mərkəzidir və regionda təhlükəsizlik, sabitlik və sülhün möhkəmləndirilməsi üçün bütün imkanlarından istifadə edir.

İRİB-in verdiyi məlumata görə, İshaq Cahangiri dünən Boliviya paytaxtı Santa-Kruz şəhərində keçirilən qaz ixrac edən ölkələrin 4-cü forumunda etdiyi çıxışında deyib: İran beynəlxalq şirkətlərin fəaliyyəti və investisiya cəlb etmək üçün lazımı şəraitə malikdir və bütün üzv ölkələrin mənafelərinin təmini və forumun məqsədlərinin reallaşmasını öz milli, regional və beynəlxalq fəaliyyətlərinin əsas məqsədi hesab edir. 

Cahangiri hərhansı bir ölkəyə qarşı birtərəfli və çoxtərəfli sanksiyaların tətbiq edilməsinin qarşısının alınması üçün birgə siyasətlərin həyata keçirilməsini son dərəcə vacib hesab edərək deyib: Qaz İxrac edən Ölkələrin Forumunun sammit iclasının keçirilməsi üzv ölkələrin kollektiv mənafelərini dəstək, dünyanın enerji səbətində qazın payının artırılması istiqamətində eyni siyasətlərin həyata keçirilməsi və üzv ölkələr arasında əməkdaşlıqların inkişaf etdirilməsi üçün lazımı yolların öyrənilməsi baxımından əsas rol oynaya bilər. 

İİR prezidentinin birinci müavini deyib: Təbii qazın əsas istehsalçıları öz aralarındakı əməkdaşlıqları daha da gücləndirilməlidir və region və beynəlxalq səviyyədə ixracat və bazarın öyrənilməsi siyasətlərində təcrübə mübadiləsi və koordinasiyaya səy göstərməlidirlər. 

Qaz İxrac edən Ölkələr Forumu 2008-ci ildə İran islam inqilabının böyük rəhbərinin təklifi ilə, dünyada təbii qazın istehsalı, ixracatı və qiymətinin koordinasiya edilməsi məqsədi ilə təsis edilmişdir. 

Bu foruma İran, Əl-Cəzayir, Boliviya, Misir, Qveniya, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tubaqo, BƏƏ və Venesuela ölkələri üzvdürlər. Bu ölkələr dünya üzrə qaz ehtiyatının 70 faizinə malik olaraq qaz istehsalında da 42 faizlik paya malikdirlər. 

Teqlər