Noy 25, 2017 12:24 Asia/Baku
  • Cahangirinin Boliviya görüşləri
    Cahangirinin Boliviya görüşləri

İran İslam Respublikası prezidentinin birinci müavini Ekvatorial Qvineya, Venesuela, Boliviya və Liviya rəsmiləri ilə görüşlərində qarşılıqlı əlaqələrin genişləndirilməsinə təkid edib.

Boliviyanın paytaxtı Santa-Kruz şəhərində keçirilən Qaz İxrac edən Ölkələrin sammit iclasının kənarında İranın vitse prezidenti İshaq Cahangiri Ekvatorial Qvineyanın prezidenti Teodor Obianq Mbasoqo ilə görüşündə qaz ixrac edən ölkələr çərçivəsində qarşılıqlı əməkdaşlıqlara təkid edib. 

Cahangiri deyib: İran və Ekvatorial Qvineya qazdan əlavə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi üçün bir çox potensiallara malikdirlər. 

Görüşdə Ekvatorial Qvineya prezidenti də deyib: İran Qaz İxrac edən Ölkələr Forumunun yaradılmasından ötən illərdə bu qurumun məqsədlərinin reallaşmasında təsirli rola malik olmuşdur. 

Cahangiri həmçinin Venesuela prezidenti Nikolas Madoro ilə görüşündə Tehran-Karakas əlaqələrinin bütün sahələrdə genişləndirilməsini vurğulayıb. 

Görüşdə Cahangiri regiondakı durum və ABŞ-ın müstəqil ölkələrə qarşı yeritdiyi siyasətlərə toxunaraq deyib: Bu gün dünyada ifratçılığın güclənməsinə gətirib-çıxaran yanlış siyasətləri məğlubiyyətə məhkumdur. 

Bu görüşdə Nikolas Madoro da müxtəlif sahələrdə İranla münasibətlərin gücləndirilməsinə təkid edib. 

İranın vitse prezidenti Boliviya prezidenti Evo Murales ilə görüşündə isə iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və iqtisadi münasibətlərin daha da gücləndirilməsinə təkid edib. 

Görüşdə Evo Murales də deyib: İran və Boliviya səfirlər və nazirlər vasitəsi ilə qarşılıqlı əməkdaşlıqların inkişafı yollarını araşdırmalıdırlar. 

İshaq Cahangiri Liviyanın XİN rəhbəri ilə görüşündə də İranın daima Liviya xalqı və dövlətinin kənarında durduğunu xatırladıb və İranın qarşılıqlı əməkdaşlıqlar qarşısındakı maneələrin aradan qaldırılmasına hazır olduğunu deyib. 

Teqlər