İran prezidenti Misirdəki terror aktını pislədi
Noy 25, 2017 17:53 Asia/Baku
İran İslam Respublikası prezidenti Twitter müraciətində Misirin Sina əyalətində cümə namaz qılanlarına qarşı terror aktını pisləyərək İran xalqı adından Misir xalqı və bu hadisə qurbanlarının ailələrinə başsağlığı verib.
Misirin Şimali Sina əyalətində cümə namazı mərasimində partlayış və silahlı insident nəticəsində azı 235 nəfər həlak olub və 150 nəfər yaralanıb. İndiyə qədər hər hansı qruplaşma bu terror aktının məsuliyyətini üzərinə götürməyib.
Bundan öncə də İran İslam Şurası Məclisinin sədri Əli Laricani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi ayrı-ayrı müraciətlərdə Misirdəki terror aktını pisləyiblər.