İran Prezidenti bu gecə televiziyadan canlı çıxış edəcək
Noy 28, 2017 11:00 Asia/Baku
İran İslam Respublikası prezidenti bu gecə televiziyadan canlı çıxışında 12-ci hökumətin ilk 100 günlük fəaliyyəti barədə xalqa hesabat verəcək.
İran İslam Respublikası Prezident Aparatının mətbuat xidmətinin rəis müavini Pərviz İsmaili deyib: Prezident Həsən Ruhani bu televiziya çıxışında hökumətin fəaliyyəti ilə əlaqədar hesabat verərək xarici əlaqələr, regional məsələlər və digər iqtisadi və ictimai mövzular ilə əlaqədar ən əsas proqramlarını şərh edəcək.