Noy 29, 2017 13:06 Asia/Baku
  • 114 min xarici mühacir İranın sağlamlıq sığortasından yararlanır

İran Daxili İşlər Nazirliyinin xarici vətəndaşlar və mühacirlər şöbəsinin müdiri deyib: İndiyədək xas xəstəliklərə tutulmuş 114 min xarici mühacir İranda pulsuz şəkildə sağlamlıq sığortasından yararlanıbdır.

Əhməd Mohəmmədifər dünən gecə BMT-nin mühacirlərin işləri üzrə baş komissarlığının İrandakı nümayəndəsi Sivanka Danapala ilə İranın Şiraz şəhərində keçirdiyi görüşdə həmçinin bildiribdir ki, iki il bundan öncəyədək 360 minə yaxın mühacir məktəbli İranda təhsil alırdı. O, belə qeyd edib: İslam İnqilabının Böyük Rəhbərinin İrandakı bütün xarici vətəndaşların təhsil almalarının vacibliyinə dair təkidlərindən sonra qanunsuz surətdə İranda olan xarici vətəndaşlığa malik 75 min məktəbli də İran məktəblərində təhsil almağa başlayıbdır.

İran Daxili İşlər Nazirliyinin xarici vətəndaşlar və mühacirlər şöbəsinin müdiri sonra deyib: Bu xidmətlər elə bir halda mühacirlərə təqdim olunur ki, İran mühacirlərlə bağlı minimum beynəlxalq yardımlar alıbdır.

Əhməd Mohəmmədifər İranın siyasətinin islami-irani dəyərlərdən irəli gəldiyini bildirərək, deyibdir ki, İran İslam Respublikası mühacirlərə bütövlükdə himayə və insanlıqla yanaşır.

BMT-nin mühacirlərin işləri üzrə baş komissarlığının İrandakı nümayəndəsi də bu görüşdə iranlıların əfqanlar xüsusiyyət təşkil etməklə xarici təbəələr üçün layiqli ev sahibləri olduqlarını vurğulayaraq, deyibdir ki, İran İslam Respublikasının mühacirləri himayə etməsi alqışa layiqdir.

BMT rəsmiləri də dəfələrlə İran İslam Respublikasının mühacirlərə göstərdiyi xidmətləri yüksək dəyərləndirərək, vurğulayıblar ki, İran öz məktəb, universitet, xəstəxana və sərhədlərini mühacirlərin üzünə açıb; belə ki, bu şəxslər İran xalqı kimi bütün imkanlardan bəhrələnirlər.

Teqlər