İranın neft naziri: İran əleyhinə sanksiyaların ən böyük məğlubları ABŞ şirkətləridir
İranın neft naziri deyib: İran əleyhinə sanksiyaların ən böyük məğlubları Amerika Birləşmiş Ştatlarının şirkətləridir.
İranın neft naziri Bijən Namdar Zəngənə cümə axşamı günü Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı OPEK-in iclasında deyib: ABŞ şirkətləri hazırda İranda davam edən dünyanın ən böyük layihələrində iştirak edə bilməzlər.
İranın neft nazirinin sözlərinə görə, ABŞ-ın məhdudiyyətləri İran bazarında investisiya yatırmaq üçün başqa ölkələrin iştirakına əngəl törətməyib.
İranın neft naziri Neft İxrac edən Ölkələr Təşkilatı OPEK-in iclasında iştirak etmək üçün bir heyətlə Avstriya paytaxtı Vyanaya səfər edib.
Neft İxrac edən Ölkələr Təşkilatı OPEK-in 173-cü iclası bu gün Vyanada işə başlayıb.
OPEK-ə üzv və qeyri-üzv ölkələrin nazirləri bugünkü iclasda neft istehsalının azaldılması üzrə razılaşmanın müddətinin uzadılması haqda qərar verəcəklər.
Neft İxrac edən Ölkələr Təşkilatı OPEK-in iclasının keçirilməsi ilə yanaşı qeyd edək ki, bu təşkilatın üzvləri 2017-ci il sentyabr ayının sonlarında Əlcəzairin paytaxtında keçirilən iclasda neftin istehsalını gündə 32 milyon 500 min- 33 milyon barelə qədər azaltmaq üzrə razılaşmışdılar.