Dek 01, 2017 09:22 Asia/Baku
  • Brucerdi: İranın raket potensialı müzakirəyə açıq deyil
    Brucerdi: İranın raket potensialı müzakirəyə açıq deyil

İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri cümə axşamı deyib: İranın raket potensialı barədə müzakirənin aparılmaması dəyişilməz bir siyasətdir.

Əlaəddin Brujerdi "Mehr" informasiya agentliyinə verdiyi müsahibədə son zamanlar İranın raket proqramı ilə bağlı müzakirələrin aparılmasını istəyən Fransa prezidenti Emanuel Makronun sözlərinə reaksiya olaraq deyib: İranın raket potensialının heç bir ölkəyə dəxli yoxdur. 

Makron son zamanlar Vaşinqtonun anti-İran siyasətləri çərçivəsində İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasının İranın raket proqramını əhatə etməklə təkmilləşdirilməsini istəyib. 

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri əlavə edib: İran heç bir vəchlə digər ölkələrin öz raket potensialına müdaxilə etməsinə icazə verməyəcək. 

Brucerdi İranın raket proqramının müdafiə xarakterli olduğunu vurğulayıb və deyib: İranın raket potensialı ölkənin ərazi bütövlüyünü qorumaq üçündür. 

Teqlər