İran prezidenti Kermanda zəlzələdən zərərçəkənlərə yardım prosesinin sürətləndirilməsini istədi
https://azeri.sahartv.ir/news/İran-i287969-İran_prezidenti_kermanda_zəlzələdən_zərərçəkənlərə_yardım_prosesinin_sürətləndirilməsini_istədi
İran İslam Respublikası prezidenti Həsən Ruhani daxili işlər naziri ilə saxladığı telefon əlaqəsində İranın şərqində yerləşən Kerman ostanında baş vermiş zəlzələ ilə əlaqədar son durum ilə tanış olub və zərərçəkənlərə sürətlə yardım göstərilməsi üçün lazımi göstərişlər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2017 10:52 Asia/Baku
  • İran prezidenti Kermanda zəlzələdən zərərçəkənlərə yardım prosesinin sürətləndirilməsini istədi

İran İslam Respublikası prezidenti Həsən Ruhani daxili işlər naziri ilə saxladığı telefon əlaqəsində İranın şərqində yerləşən Kerman ostanında baş vermiş zəlzələ ilə əlaqədar son durum ilə tanış olub və zərərçəkənlərə sürətlə yardım göstərilməsi üçün lazımi göstərişlər verib.

İranın daxili işlər naziri Əbdürrıza Rəhmani Fəzli cümə günü prezident Həsən Ruhani ilə telefon söhbətində zəlzələdən zərərçəkmiş məntəqənin vəziyyəti ilə bağlı izahat verib.

Daxili işlər naziri vəziyyətin əlaqədar rəsmilərin tam nəzarəti altında olduğunu və xilasetmə işlərinin sürətlə həyata keçirildiyini bildirib.

İranın Kerman ostanında rixter şkalası ilə 6.1 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində təqribən 40 mənzil dağılıb və bir qrup insan xəsarət alıb.