Cahangiri Soçi şəhərində BMT baş katibinin müavini ilə görüşüb
Dek 01, 2017 18:06 Asia/Baku
İran İslam Respublikasının vitse-prezidenti Rusiyanın Soçi şəhərində BMT baş katibinin müavini və Asiya və Okeaniya İqtisadi və İctimai Komissiyasının(ESCAP) icraçı katibi ilə görüşüb, danışıqlar aparıb.
İRİB-nin verdiyi məlumata görə, İshaq Cahangiri cümə günü Rusiyanın Soçi şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin baş nazirləri iclasının kənarında Şemşad Əxtər ilə görüşdə deyib: İran ESCAP-ın davamlı inkişaf çərçivəsindəki addımlarını dəstəkləyir.
İshaq Cahangiri əlavə edib: İran İslam Respublikası davamlı inkişaf məsələsini ciddi formada öz iş gündəminə daxil edib.