Dek 02, 2017 14:57 Asia/Baku
  • Ruhani: İran qonşu ölkələrlə əlaqələri genişləndirmək niyyətindədir
    Ruhani: İran qonşu ölkələrlə əlaqələri genişləndirmək niyyətindədir

İran prezidenti İslam Respublikasının həmişə islam ölkələrinin birliyi və əməkdaşlığını dəstəklədiyini bildirərək xatırladıb: İran qonşu ölkələr, islam dünyası və ərəb ölkələri ilə əlaqələrin genişləndirilməsi ardıncadır.

Həsən Ruhani şənbə günü Sistan və Bəluçestan vilayətinin Zabol rayonunda vətəndaşlar qarşısında İran İslam Respublikasının fəxrinin vəhdətin qorunması olduğunu bəyan edərək deyib: Sistan və Bəluçestan birlik və sərhədçiliyini çox yaxşı qorumuşdur.

Bütün iranlı etnosların iranlılıqdan mənşə aldığını, iranlı və müsəlman olmaları ilə fəxr etdiklərini bildirən İran İslam Respublikası prezidenti əlavə edib: Sistan və Bəluçestan zahirdə məzhəb və etnos çeşidliliyinə malik olsa da, əslində bütün məzhəblər islam və Quran adlı bir ağacdan mənşə alırlar.

Ruhani xatırladıb: Bəzi qüdrətlər etnik və məzhəb ixtilafları, həmçinin terrorizmi bütün regiona yayıblar. Yalnız əziz İran mötədil islama görə ixtilaflar və terrorizmə fürsət verməmişdir.

İran İslam Respublikası prezidenti İraq və Suriyanın terrorçular qarşısındakı qələbələrinə də münasibət bildirib və deyib: Hazırda regionda İŞİD-in əsas bazaları məhv edilmişdir.

"Bəzi ölkələr İŞİD-in İraq və Suriyadakı iştirakını islam dünyasına genişləndirmək niyyətində idilər" -deyən prezident Ruhaninin sözlərinə görə, bu ölkələr terrorizmi yaymaqla region ölkələrini zəiflətmək ardınca idilər.

Həsən Ruhani İran İslam Respublikasının həmişə islam ölkələrinin birliyi və əməkdaşlığını dəstəklədiyini bəyan edərək xatırladıb: İran qonşu ölkələr, islam və ərəb dünyası ilə əlaqələri genişləndirmək ardıncadır.

İran prezidenti sonda bildirib: Bəzilərinin şahzadələr savaşı vardırsa, illərlə İŞİD-i dəstəkləməkdən və Yəməni bombalamaqdan nəticə çıxarmayıblarsa, bu, İranın təqsiri deyil.

Teqlər