İranda sərnişin vaqonu istehsalı üzrə ən böyük müqavilə imzalandı
Dek 02, 2017 19:31 Asia/Baku
-
İranda sərnişin vaqonu istehsalı üzrə ən böyük müqavilə imzalandı
Bu gün Cənubi Koreyanın Hyundai Rotem şirkəti, İran İslam Respublikasının İriko və Dəmiryol Şirkəti arasında sərnişin qatarlarının inkişaf etdirilməsi istiqamətində 450 sərnişin vaqonunun istehsalı müqaviləsi İranın Yol və Şəhərsalma Nazirliyində imzalanıb.
İRİB-in məlumatına görə, bu müqavilənin dəyəri 720 milyon avrodur və müqavilənin tam icrası üçün 78 ay proqnoz olunub.
Bu müqavilə İranın dəmiryolu nəqliyyatının sərnişin vaqonlarının təmini üzrə ən böyük müqavilədir.