İran İslam Şurası Məclisi sədrinin Rusiya səfəri
Dek 03, 2017 09:30 Asia/Baku
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani dünya parlamentləri sədrlərinin iclasında iştirak etmək məqsədi ilə bu gün Rusiyaya səfər edəcək.
İran İslam Şurası Məclisinin üzvü Ramazanəli Sübhanifər İSNA xəbər agentliyinə verdiyi müsahibədə deyib: Əli Laricani səfər zamanı İran İslam Respublikasının mövqeyini şərh edəcək. Onun dediyinə görə, Əli Laricani bir sıra ölkənin parlament sədrləri ilə ikitərəfli görüşlər həyata keçirəcək.
Dünya Parlamentləri Sədlərinin Rusiya iclası narkotik maddələr ilə mübarizə mövzusuna həsr olunub.