Dek 06, 2017 14:16 Asia/Baku
  • Ruhani və Laricani İran yığmasını təbrik etdilər

İran İslam Respublikası prezidenti Həsən Ruhani və İslam Şurası Məclisinin sədri Əli Laricani çərşənbə günü ayrı-ayrı müraciətlərdə, İran yığmasının ABŞ-da keçirilən ağırlıqqaldırma üzrə 2017-ci il Dünya Çempionatının qalibi olması münasibəti ilə İran xalqını təbrik ediblər.

Həsən Ruhani Twitter səhifəsində yazıb: İranın ağırlıqqaldırma yığmasının ilk dəfə dünya çempionatında böyük uğura imza atması münasibəti ilə İran xalqını təbrik edirəm. 

Əli Laricani də bu çempionluq münasibəti ilə İran xalqını təbrik edib: Bu qələbə İran gənclərinin polad iradəsini bir daha dünyaya nümayiş etdirdi. 

İran İslam Respublikasının ağırlıqqaldırma üzrə yığma komandası 5 qızıl, 3 gümüş, 6 bürünc medal və 509 xalla Dünya Çempionatının qalibi olub. 

İran yığması çempionatda 4 çəkidə 8 idmançı ilə iştirak edirdi. 

Ağırlıqqaldırma üzrə Dünya Çempionatı 27 noyabrdan 5 dekabra qədər ABŞ-ın Kaliforniya Ştatının Los-Anceles şəhərində keçirilib. 

Teqlər