Dek 06, 2017 17:55 Asia/Baku
  • Ruhani və Ərdoğan Fələstində yeni məkrli plan qarşısında ciddi addımın atılmasını vurğuladı

İran İslam Respublikası və Türkiyə Cumhuriyyəti prezidentləri Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Fələstinlə bağlı son olaylar, xüsusilə də ABŞ-ın Qüdsün sionist rejimin paytaxtı elan olunmasına dair yeni məkrli planı haqda telefonla danışıblar.

İran Prezident Aparatının internet portalının verdiyi məlumata görə, Həsən Ruhani bu telefon söhbətində Ərdoğanın İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının İstanbulda fövqəladə iclas keçirmək üzrə təklifi və İran İslam Respublikası prezidentini bu iclasda dəvət etməsinə toxunaraq deyib: İranın qənaətincə, hazırkı vəziyyətdə bütün islam ölkələri birləşməli və ABŞ-ın bu yanlış, qeyri-qanuni, təhrikedici və çox təhlükəli qərarı qarşısında ciddi addım atmalıdırlar. 

İran İslam Respublikası prezidenti islam dünyasının prioritetlərindən birinin Fələstin, Qüds məsələsi və sionist rejimin yanlış hərəkətləri ilə mübarizə olduğunu bildirərək əlavə edib: İran bütün islam ölkələri və dünyanın sülhsevər ölkələrini bu qeyri-qanuni hərəkətlər qarşısında durmağa dəvət edir. 

Ruhani sionist rejimin BMT-nin bütün qətnamələrinə etina etmədiyini və dünya ictimaiyyəti qarşısında durduğuna toxunub və deyib: Şübhəsiz regiondakı bütün destabilliklərin məsuliyyəti birbaşa sionist rejimin üzərinə düşür. 

Qüds-Şərifin Fələstinin ayrılmaz hissəsi olduğunu qeyd edən İran prezidenti xatırladıb: İslam ölkələri və müsəlmanların bu zaman kəsiyində Qüds-Şəriflə bağlı vəzifəsi çox ağırdır. 

Rəcəb Tayyib Ərdoğan da bu telefon söhbətində Qüds Şərifin Fələstinin ayrılmaz hissəsi olduğunu bildirərək deyib: Qüdsün sionist rejimin paytaxt elan olunması üzrə ABŞ prezidenti Donald Trampın cəsarətlənməsi islam dünyasındakı daxili ixtilaflardan mənşə alır. 

Türkiyə prezidenti Trampın bu qərarının insan haqlarını və BMT-nin Qüds-Şərif haqdakı bütün qərarlarını pozduğunu bildirərək bütün islam ölkələrini bu yeni məkrli plan qarşısında vahid şəkildə müqavimət göstərməyə çağırıb. 

Teqlər