İslam inqilabının böyük rəhbəri iranlı güləşçinin fədakarlığını yüksək qiymətləndiriblər
https://azeri.sahartv.ir/news/İran-i288875-İslam_inqilabının_böyük_rəhbəri_iranlı_güləşçinin_fədakarlığını_yüksək_qiymətləndiriblər
İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma xamenei bu gün dunya çempionatının iştirakçısı iranlı güləşçi Əlirza Kərimi və onun ailəsi ilə görüşündə bu gənc pəhləvanın fədakarlığı və başıucalığa səbəb olan rəftarını yüksək qiymətləndiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2017 15:26 Asia/Baku
  • İslam inqilabının böyük rəhbəri iranlı güləşçinin fədakarlığını yüksək qiymətləndiriblər

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma xamenei bu gün dunya çempionatının iştirakçısı iranlı güləşçi Əlirza Kərimi və onun ailəsi ilə görüşündə bu gənc pəhləvanın fədakarlığı və başıucalığa səbəb olan rəftarını yüksək qiymətləndiriblər.

Həzrət Ahətullahül-üzma Xamenei Əlirza Kəriminin rəftarını alqışlayaraq onun böyük təşəbbüsünün Puriyayi Vəli kimi məşhur pəhləvanların təşəbbüsləri sırasında durduğunu bildirərək deyiblər: Bizim gənclərdən birinin böyük və yüksək bir məqsəd uğrunda öz nəfsindən, qəti çempionluq adından keçməyə hazır olmasını nümayiş etdirməsindən izzət hissi keçirdim. 

İslam inqilabının böyük rəhbəri bildiriblər: Bu işin qədrini bilin və onun mənəvi əcrini Allahdan diləyin, əlbəttə vəzifəli şəxslər də maddi mükafatlandırmada nəyisə əsirgəməməlidirlər. 

İranlı güləşçi Əlirza Kərimi Polşada keçirilən -23 yaşlılar arasında çempion yarışlarında sionist rejimin güləşçisi ilə qarşılaşmaqdan çəkindi.