İranın dəniz gücünə təkid edilib
İran İslam Respublikası ordusunun komandanının koordinasiya üzrə müavini Kontr Admiral Həbib Səyyari dənizin sivilizasiya yaradan amil və iqtisadi çiçəklənməyə səbəb olduğunu bildirərək İranın dəniz təhlükəsizliyi və gücünün qorunub saxlanılmasını vurğulayıb.
İRNA-nın verdiyi məlumata görə, Kontr Admiral Səyyari bu gün Tehranda " dəniz iqtisadiyyatı- çətinliklər və həll yolları" adı altında keçirilən konfransda deyib: Dənizlərdə təhlükəsizliyin bərqərar edilməsi ilə, Dəniz təməlli iqtisadiyyatı formalaşdırmaq olar və bu gündəmə daxil edilməlidir.
Kontr Admiral Səyyari dəniz təməlli iqtisadiyyata nail olmaq üçün təhlükəsizliyin mühafizə edilməsinin vacibliyini vurğulayaraq deyib: Dənizdə İran İslam Respublikasının güclülüyü prossesi davam etdirilməlidir.