Dek 10, 2017 21:31 Asia/Baku
  • Brucerdi: Qüds Fələstinin döyünən ürəyidir
    Brucerdi: Qüds Fələstinin döyünən ürəyidir

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Qüdsün Fələstinin döyünən ürəyi olduğunu bildirərək deyib: ABŞ pezidentinin Qüdsü sionist rejimin paytaxtı elan etməsi Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə ziddir.

Əlaəddin Brucerdi bazar günü Tehranda Fələstin İslami Müqavimət Hərəkatının nümayəndəsi Xalid Qədumi ilə görüşündə Fələstinin islam dünyasının ən önəmli mövzusu olduğunu bildirərək deyib: İran İslam Respublikasının siyasəti daima Fələstin xalqına və bütün işğal olunmuş ərazilərin azad edilməsinə dəstəkdən ibarət olmuşdur. 

Xalid Qədumu isə bu görüşdə bəzi ərəb ölkələrinin Qüdsü işğal etmiş rejim ilə əlaqələri genişləndirmələrini qınayaraq deyib: Ərəb dövlətlərinin zəifliyi qəsbkar sionist rejimin tamahkarlığına səbəb olub. 

Teqlər