General Hatəmi: ABŞ-ın Qüds barədə qərarı Vaşinqtonun acizliyini göstərir
https://azeri.sahartv.ir/news/İran-i289089-general_hatəmi_abŞ_ın_qüds_barədə_qərarı_vaşinqtonun_acizliyini_göstərir
İranın müdafiə naziri deyib: Amerikanın Qüds barədə qərarı Vaşinqtonun İraq və Suriyadakı məğlubiyyəti, İraq Kürdüstanı planındakı nakamlığı və Livanın qanuni hökumətinin baş nazirinin istefa məcburiyyətində qoyulması cəhdindəki rüsvayçılığının ardınca baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2017 13:00 Asia/Baku
  • General Hatəmi: ABŞ-ın Qüds barədə qərarı Vaşinqtonun acizliyini göstərir
    General Hatəmi: ABŞ-ın Qüds barədə qərarı Vaşinqtonun acizliyini göstərir

İranın müdafiə naziri deyib: Amerikanın Qüds barədə qərarı Vaşinqtonun İraq və Suriyadakı məğlubiyyəti, İraq Kürdüstanı planındakı nakamlığı və Livanın qanuni hökumətinin baş nazirinin istefa məcburiyyətində qoyulması cəhdindəki rüsvayçılığının ardınca baş verib.

İran İslam Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, General Mayor Əmir Hatəmi bu gün Türkiyəli həmkarı Nurəddin Canıklı ilə telefon danışıqlarında deyib: ABŞ prezidentinin Amerika səfirliyinin Beytül-Müqəddəsə köçürülməsi qərarı məsuliyyətsiz bir siyasətdir və sionist rejimin işğalçılıq siyasətinin güclənməsinə səbəb olacaq. 

Bu telefon söhbətində Nurəddin Canıklı da Trampın Qüdsü sionist rejimin paytaxtı elan etməsini böyük səhv adlandırıb və deyib: Bu qərarla dünyada heç bir müsəlman razılaşa bilməz.