İran və Cənubi Koreya arasında 7 əməkdaşlıq sənədi imzalanıb
Dek 15, 2017 21:29 Asia/Baku
-
İran və Cənubi Koreya arasında 7 əməkdaşlıq sənədi imzalanıb
İran İslam Respublikası və Cənubi Koreyanın səhiyyə nazirləri 7 əməkdaşlıq sənədi imzalayıblar.
İRİB-nin verdiyi məlumata görə, Həsən Qazızadə Haşimi və Neunq Hu Park cümə günü Seulda səhiyyə, xəstəxana tikmək, sağlamlıq, tibb ləvazimatları, müştərək işçi qrupunun yaradılması, sağlamlıq sığortaları və xəstəxanalararası informasiya mübadiləsi sahələri üzrə əməkdaşlıq sənədləri imzalayıblar.
Cənubi Koreyanın səhiyyə naziri İranın səhiyyə proqramlarını himayə edərək, deyib: Cənubi Koreya səhiyyə sistemində informasiya texnologiyaları üzrə öz təcrübələrini İran ilə bölüşəcək.