Dek 15, 2017 21:41 Asia/Baku
  • Brucerdi: Nüvə anlaşması ABŞ-ın təsdiqi olmasa belə, İran üçün kafidir
    Brucerdi: Nüvə anlaşması ABŞ-ın təsdiqi olmasa belə, İran üçün kafidir

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını, ABŞ-ın təsdiqi olmadan belə, İranın maraqlarının təmin edilməsi üçün kafi adlandırıb.

Əlaəddin Brucerdi cümə günü jurnalistlərə verdiyi müsahibədə deyib: Qüds və İranın nüvə işi ilə bağlı dünya səviyyəsində ABŞ prezidenti Donald Tramp əleyhinə ümumi fikir formalaşıb və bu ölkə tam təcrid ilə üzləşib. 

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri həmçinin deyib: Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini İran İslam Respublikasının Trampın qərarı ilə bağlı mövqe bildirməsindən öncə, öz mövqeyini bildirdi və Avropa Birliyinin Trampın qərarı ilə müxalif olduğunu bildirdi.

Teqlər