Dek 16, 2017 09:26 Asia/Baku
  • İran regionun ən stabil ölkəsidir
    İran regionun ən stabil ölkəsidir

İran-Bolqarıstan parlament dostluğu qrupunun iranlı həmsədri deyib: İran İslam Respublikası xalqın daxili qüdrətinə və demokratiyaya söykənməklə regionun ən stabil ölkəsidir.

İran-Bolqarıstan parlament dostluğu qrupunun iranlı həmsədri Əhməd Əlirezabeygi dünən Sofiyada Bolqarıstan xarici işlər naziri Yekaterina Zaxaritova ilə görüşdə əlavə edib: Regionda və dünyada mövcud olan bir çox problem böyük qüdrətlərin tamahkarlığından mənşə alır və Avropa İttifaqının bu hərəkətlər qarşısında qətiyyətli siyasət yürütməsi zəruridir.

Bolqarıstan xarici işlər naziri də İran İslam Respublikası ilə ikitərəfli həmkarlıqların genişlənməsindən razılıq edərək, deyib ki, iki ölkə arasında müxtəlif sahələrdə bir çox imkanlar mövcuddur.

Teqlər