Salehi: İranın ƏMTP-yə sadiq qalmasını müəyyənləşdirən mənbə AEBA-dir
https://azeri.sahartv.ir/news/İran-i289721-salehi_İranın_Əmtp_yə_sadiq_qalmasını_müəyyənləşdirən_mənbə_aeba_dir
İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qaldığını təsdiqləyən mənbə Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdir və AEBA indiyədək 9 dəfə İranın ƏMTP-yə sadiq qaldığını təsdiqləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2017 13:02 Asia/Baku
  • Salehi: İranın ƏMTP-yə sadiq qalmasını müəyyənləşdirən mənbə AEBA-dir
    Salehi: İranın ƏMTP-yə sadiq qalmasını müəyyənləşdirən mənbə AEBA-dir

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qaldığını təsdiqləyən mənbə Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdir və AEBA indiyədək 9 dəfə İranın ƏMTP-yə sadiq qaldığını təsdiqləyib.

ABŞ prezidenti Donald Tramp dünən gecə Amerika milli təhlükəsizlik strategiyasını elan edərkən ƏMTP-ni pis razılaşma adlandırıb və deyib ki,  Konqresə hesabatında İranın ƏMTP-yə sadiq qaldığını təsdiqləməyib. 

Əli Əkbər Salehi ABŞ prezidentinin ƏMTP-yə qarşı təkrar bəyanatına münasibət bildirərkən AEBA-nın baş direktoru Yukio Amanonun nüvə razılaşmasının T bəndinə dəyişiklik təklifi ilə çıxış etməsi barədə xəbəri təkzib edərək deyib: Yukio Amano və İranın Atom Enerjisi Təşkilatı bu bənd barədə eyni mövqedədirlər. 

T bəndi partlayıcı nüvə cihazının layihələşdirilməsi və genişləndirilməsinə gətirib çıxara bilən fəaliyyətləri əhatə edir və ƏMBT-də ona qadağa qoyulub.