Dek 27, 2017 11:29 Asia/Baku
  • Qumda İmam Həsən Əsgərinin (ə) viladəti şənliyi keçirildi

Şiələrin 11-ci imamı İmam Həsən Əsgərinin (ə) viladəti şənliyi çərşənbə axşamı gecə böyük təqlid mərcələri, İslam İnqilabının Böyük Rəhbərinin ofisinin rəhbəri, müxtəlif xalq kütlələrinin iştirakı ilə Qumda Həzrət Məsumənin (s.ə) pak ziyarətgahının kənarında yerləşən İmam Həsən Əsgəri (ə) məscidində keçirilib.

Şam namazından sonra təşkil olunan mərasimdə yüzlərlə Əhli-Beyt (ə) aşiqi İmam Həsən Əsgəri (ə) məscidində İmam Zamanı (ə) təbrik edib. 

Böyük təqlid mərcələri, Ayətullah Safi Qolpayqani, Ayətullah Nasir Məkarim Şirazi, Ayətullah Cavadi Amoli, Ayətullah Hüseyn Nuri Həmədani, Ayətullah Ələvi Qoqrani, İslam İnqilabının Böyük Rəhbərinin ofisinin rəhbəri Höccətülislam vəlmüslimin Məhəmmədi Qolpayqani, bir qrup dini elmlər hövzəsinin alimi və müəllimi, Qum valisi, dini heyətlər və Əhli-Beytin (ə) vurğunu olan insanlar şiələrin 11-ci imamının viladəti şənliyində iştirak edib. 

Bu gün çərşənbə 8 rəbiüs-sani 1439-cu hicri qəməri ili, 27 dekabr 2017-ci il Dünyanın xilaskarının müjdəsini verən İmam Həsən Əsgərinin (ə) viladətinin ildönümü günüdür. İmam Həsən (ə) 232-ci hicri qəməri ili rəbiüs-saninin 8-də Mədinə şəhərində dünyaya göz açıb. 

İmam Həsən Əsgəri (ə) uşaqlıq dövründə əziz atası İmam Hadinin (ə) elmindən faydalandı, 22 yaşında əziz atasının şəhid olması ilə ağır imamlıq vəzifəsini şəhid olduğu vaxta qədər 6 il müddətinə üzərinə götürdü. 

Teqlər