Qasimi: İranın Myanma əleyhinə qətnaməyə səsi BMT katibliyində qeydə alınıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikasının Myanmada insan haqlarının pozulmasına dair qətnaməyə lehinə səsi BMT katibliyində qeydə alınıb.
İran XİN mətbuat katibi Bəhram Qasimi çərşənbə axşamı günü əlavə edib: İran İslam Respublikasının dünya müsəlmanları, xüsusilə də zülmə məruz qalmış Myanma müsəlmanlarının hüquqlarının dəstəklənməsi üzrə prinsipial siyasətini nəzərə alaraq, Myanmad ainsan haqlarının pozulmasına dair qətnaməyə İranın lehinə səsi BMT katibliyinə rəsmi nota göndərilərək qeydə alınıb.
Myanmanın didərgin müsəlmanlarının dəstəklənməsi, bu ölkə ordusunun vəhşicəsinə cinayətlərinin pislənilməsi üzrə İran İslam Respublikasının qətiyyətli mövqeyini təkrarlayan Qasimi deyib: İranın Myanmada insan haqlarının pozulmasına dair səsvermədə iştirak etməməsi texniki məsələlərə görə olmuşdur.
İran İslam Respublikasının BMT-dəki heyəti 3-cü komitənin etibarlı olmamasına dair İranın prinsipial siyasətini elan edərək Myanma əleyhinə qətnamə haqda səsvermədə iştirak etmədi. Lakin eyni zamanda Myanma hökumətinin hərəkətlərini pisləyərək rohinca müsəlmanlarına dəstəyini elan etdi.