Cahangiri: Məşhəd-Zahidan dəmiryolu, şərq-qərb ticarət yolunun inkişafına öz töhfəsini verə bilər
https://azeri.sahartv.ir/news/İran-i290523-cahangiri_məşhəd_zahidan_dəmiryolu_şərq_qərb_ticarət_yolunun_inkişafına_öz_töhfəsini_verə_bilər
İran İslam Respublikası prezidentinin birinci müavini deyib: Məşhəd-Zahidan dəmiryolunun Çabahar limanına qovuşması Şərq-qərb ticarət marşrutunun inkişafında əsas rol oynaya bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2017 12:15 Asia/Baku
  • Cahangiri: Məşhəd-Zahidan dəmiryolu, şərq-qərb ticarət yolunun inkişafına öz töhfəsini verə bilər
    Cahangiri: Məşhəd-Zahidan dəmiryolu, şərq-qərb ticarət yolunun inkişafına öz töhfəsini verə bilər

İran İslam Respublikası prezidentinin birinci müavini deyib: Məşhəd-Zahidan dəmiryolunun Çabahar limanına qovuşması Şərq-qərb ticarət marşrutunun inkişafında əsas rol oynaya bilər.

İshaq Cahangiri bu gün Rəzəvi Xorasanı ostanında Məşhəd-Zahidan dəmiryolunun ilk hissəsinin inşa əməliyyatının başlanğıcı mərasimində etdiyi çıxışında bu layihənin ən əsas regional layihələrdən biri olduğunu bildirərək deyib: Məşhəd-Zahidan dəmiryolu Çabahar limanına qovuşduqda şərq-qərb istiqamətində və çin ilə Hindistan yaxud Əfqanıstan və Orta Asiya ilə ticarətdə maraqlı olan ölkələr üçün əsas ticarət marşrutuna çevrilə bilər. 

Məşhəd-Zahidan dəmiryolunun ilk hissəsi 40 km-dən ibarətdir və Sistan və Bəluçestan, Cənubi Xorasan və Rəzəvi Xorasanı ostanlarını biri-birinə qovuşdurur. 

İran İslam Respublikası prezidentinin birinci müavini bu gün həmçinin Rəzəvi Xorasanında digər sənaye və emal layihələrinin istifadəyə verilməsi mərasimlərində də iştirak edib.