İran Kabildəki terror hücumunu pisləyib
-
İran Kabildəki terror hücumunu pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Kabildə Əfqanıstanın səsi xəbər agentliyinin ofisinə və bir mədəniyyət mərkəzinə qarşı kamikadze və terror hücumu amillərinin hərəkətini pisləyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Kabildə Əfqanıstanın səsi xəbər agentliyinə və Tebyan elmi-tədqiqat mərkəzinə qarşı terror hücumunda həlak olanların ailələri, Əfqanıstanın xalqı və dövlətinin kədərinə şərik çıxıbdır.
Bəhram Qasemi əlavə edib: Zorakılıq və ifratçılıq təfəkkürlərini üzə çıxarıb rüsvay edən fikir və qələmə malik mütəfəkkirlərə, informasiya və mədəniyyət mərkəzlərinə qarşı hücum terror amilləri və onlara əmr verənlərin Əfqanıstan xalqının birliyi, təfəkkürü, məlumatı, agahlığı və söz azadlığına qarşı nifrət və küdurətinin dərinliyini göstərir.
Dünən səhər tezdən Kabildə Əfqanıstanın səsi xəbər agentliyinə və Tebyan elmi-tədqiqat mərkəzinə qarşı üç terror partlayışında təqribən otuz nəfər həlak olub, qırx nəfər də yaralanıbdır.