Dek 31, 2017 17:26 Asia/Baku
  • İİR XİN sözçüsü Kanadanın müdaxilə mahiyyətli bəyanatını rədd edib
    İİR XİN sözçüsü Kanadanın müdaxilə mahiyyətli bəyanatını rədd edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kanada dövlətinin İranın daxili işlərinə qarışmaq üzrə mövqeyini etibarsız və beynəlxalq öhdəliklərin və hüquq öhdəliklərinin pozulması adlandırıb.

Bəhram Qasemi Kanadada yaşayan bir İran vətəndaşının Kanada polisi tərəfindən qətlə yetirilməsinə və həmin ölkə dövlətinin bu barədə cavabdeh olmamasına toxunaraq, İran Xarici İşlər Nazirliyinin və iranlıların ardıcıl izləmələrinə rəğmən, Kanadada yaşayan iranlıların ilkin konsulluq və residensiya hüquqlarına malik olmaq üzrə haqlı istək və tələblərinə göz yumulmasını həmin ölkənin İran vətəndaşları qarşısındakı ikili siyasətlərinin nümunələri adlandırıb.

Qasemi Kanada Xarici İşlər Nazirliyinin İranın daxili işlərinə qarışmaq üzrə bəyanatını rədd edərək, bildirib: Kanada dövlətinin mövqeyi həmin ölkənin yüksək vəzifəli rəsmilərinin İran İslam Respublikası ilə dialoq və anlaşma barədəki sözlərilə uyuşmur və təəssüflə, Kanada dövlətinin işlətdiyi cari ifadələr, bu ölkənin öncəki dövlətlərinin məntiqsiz, yanlış və faydasız ifadələrinin təkrarı olaraq, rədd edilir.

İranlı xəstə Babək Səidi dekabrın 23-də Kanadanın Ontario ştatının Morrisburq şəhərində bu ölkə polisinin gülləsi ilə öldürülüb. Kanada dövləti daim bu ölkədəki azlıqlar, mühacirlər və yerli əhaliyə qarşı ayrı-seçkilik mahiyyətli rəftarlar və siyasətlər həyata keçiribdir.

Teqlər