Rusiya: İran iğtişaşlarında ABŞ-ın rolu var
https://azeri.sahartv.ir/news/İran-i290993-rusiya_İran_iğtişaşlarında_abŞ_ın_rolu_var
Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədri deyib: İrandakı son iğtişaşlarda Amerikanın nüfuzu müşahidə olunmaqdadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2018 07:33 Asia/Baku
  • Rusiya: İran iğtişaşlarında ABŞ-ın rolu var

Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədri deyib: İrandakı son iğtişaşlarda Amerikanın nüfuzu müşahidə olunmaqdadır.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Konstantin Kosaçev deyib: Vaşinqtonun və ABŞ prezidentinin İrandakı etiraz aksiyalarına birbaşa reaksiya göstərməsi etirazçılara ipucu hesab oluna bilər. 

Rus senator deyib: ABŞ İranda hərhansı etirazı müsbət qarşılayır və Vaşinqton Tehrana əlavə təzyiq metodları barədə İsrail ilə məsləhətləşmələr aparır. 

Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədri deyib: İranda etiraz dalğaları tezliklə dayanacaq, ABŞ İranda dövlətin dəyişməsində maraqlıdır ancaq onların arzuları reallaşmayacaq.