Xoşru: ABŞ-ın hakim dairələri əxlaqi və siyasi səlahiyyətə malik deyillər
-
Xoşru: ABŞ-ın hakim dairələri əxlaqi və siyasi səlahiyyətə malik deyillər
İranın BMT-dəki nümayəndəsi dünən gecə ABŞ-ın təzyiqi ilə son İran hadisələrinin araşdırılması üçün keçirilən Təhlükəsizlik Şurasının iclasında öz amerikalı həmkarına Amerikanın təhlükəsizlik qüvvələrinin etirazçılarla rəftar tərzini xatırladıb və deyib ki, dünya xalqlarının nöqteyi-nəzərincə, ABŞ-ın hakim dairələri əxlaqi və siyasi səlahiyyətə malik deyillər.
Qolaməli Xoşru deyib: Təəssüfləndirici haldır ki, bəzi üzvlərin müqavimətinə rəğmən, bu şura özünə icazə veribdir ki, Amerikanın hazırkı hakim dairələri tərəfindən ondan sui-istifadə edilsin və onun vəzifələri xaricində olan bir mövzu barədə iclas təşkil edilsin və beləliklə, özünün beynəlxalq təhlükəsizlik və sülhün qorunması sahəsindəki real vəzifəsinin icrasındakı acizliyini nümayiş etdirmiş olsun.
Xoşru vurğulayıb: Təhlükəsizlik Şurası İranın daxili məsələlərini müzakirə etmək yerinə, real mövzular, o sıradan indiyədək Yəmən xalqı üçün dağıntı, xəstəlik və aclıq gətirmiş və minlərlə insanın ölümü ilə nəticələnmiş ötən üç il ərzində bu ölkənin hədəfsiz və kor-koranə bombardman edilməsi, eləcə də əsilndə ona aid olan, şuranın Yaxın Şərqin durumu barədəki bugünkü gündəmi kimi Fələstin torpaqlarının uzunmüddətli işğalı barədə iclas keçirməlidir, lakin bu şura başıaşağılıqla ən kiçik bir işi belə görməkdə acizdir.
İranın BMT-dəki nümayəndəsi Amerikanın 1332-ci günəş ili mordad ayının 22-də İranın ozamankı baş naziri əleyhinə çevriliş, İrana qarşı səkkizillik icbari savaşda İraqın bəəs rejiminin cinayətlərinə dəstək və 1988-ci ilin iyulunda Fars Körfəzi sularının üzərində 66-sı uşaq olmaqla 290 sərnişini daşıyan İran İslam Respublikasının bir ədəd mülki təyyarəsinin vurulub yerə salınması daxil olmaqla İranın daxili işlərinə qarışmaları və cinayətlərindən ibarət qalın bir işə işarə edərək, iclas iştirakçılarından soruşub: Nə üçün Təhlükəsizlik Şurası heç vaxt Amerikanın bu cinayətləri barədə iclas təşkil etməyibdir?
Xoşru habelə ABŞ-ın hakim dairələrinin ötən illərdə bu ölkədə törətdiyi cinayətlərə, o cümlədən 2011-ci idlə Uol Stritin İşğalı hərəkatını yatırması, 1970-ci ildə Kent ştatının universitetində keçirilən dinc etirazlar zamanı milli qvardiya qüvvələri tərəfindən tələbələrə basqın və onların qırğın edilməsi, həmçinin Amerika Federal Təhqiqat Bürosunun 1993-cü ildə 83 kişi, qadın və uşağın ölümünə gətirib çıxarmış Texas ştatının Vako məntəqəsində "Davidiyan" qrupunun qərargahına qarşı hücumuna toxunaraq, vurğulayıb: Bir kəs xatırlamır ki, bir ölkə, üzərində bəhs edilməsi bir yana qalsın, Birləşmiş Ştatların hakim dairələrinin bu vəhşicəsinə hərəkətlərindən hansısa birisini Təhlükəsizlik Şurasının nəzərinə çatdırmış olsun.