Çinin sahil sularında iki gəminin toqquşması nəticəsində 30 iranlı itgin düşüb
https://azeri.sahartv.ir/news/İran-i291491-Çinin_sahil_sularında_iki_gəminin_toqquşması_nəticəsində_30_iranlı_itgin_düşüb
Çinin şərq sahillərində iki gəminin toqquşması nəticəsində 32 nəfər o cümlədən 30 iranlı itkin düşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2018 07:33 Asia/Baku
  • Çinin sahil sularında iki gəminin toqquşması nəticəsində 30 iranlı itgin düşüb
    Çinin sahil sularında iki gəminin toqquşması nəticəsində 30 iranlı itgin düşüb

Çinin şərq sahillərində iki gəminin toqquşması nəticəsində 32 nəfər o cümlədən 30 iranlı itkin düşüb.

Çin xəbər agentliyinin verdiyi məlumata görə, şənbə günü Çinin sahil sularında Panamaya məxsus "Sançi" adlı bir neft tankeri ilə Honq Konqa məxsus bir yük gəmisi toqquşublar. Hadisə nəticəsində 30-u iranlı olmaqla 32 nəfər itkin düşüb. 

Bu 32 nəfərin tapılması üçün xilasetmə əməliyyatı davam edir. Dəniz polisinin bir neçə qayığı, 2 xilasetmə qayığı və 3 ixtisaslaşdırılmış yardım gəmisi xilasetmə əməliyyatına cəlb edilib. 

Çinin Nəqliyyat Nazirliyi tərəfindən verilən məlumata görə, iki gəminin toqquşması nəticəsində güclü yanğın çıxıb.