Yan 07, 2018 18:58 Asia/Baku
  • İranın qəzaya uğramış neft tankerinin ekipajını xilas etmək üzrə səylər davam edir
    İranın qəzaya uğramış neft tankerinin ekipajını xilas etmək üzrə səylər davam edir

İranın Şanxaydakı baş konsulu deyib: İranın qəzaya uğramış neft tankerinin ekipaj üzvlərinin xilas edilməsi üzrə səylər davam edir.

Əlirza Ayruş İRNA-ya verdiyi müsahibədə deyib: Çinin şərq sahillərində bir yük gəmisinə dəyərək, qəzaya uğrayan İranın neft tankeri ilə bağlı ən son məlumatın hadisədən dərhal öncə kapitan köşkündən səsləndirilən təhlükə siqnalı olb.

İranın Şanxaydakı baş konsulu əlavə edib: İranın neft tankerinin 30 iranlı ekipaj üzvünün ölümü ilə bağlı fikir bildirmək hələ ki, tezdir və onların tapılması istiqamətində səylər davam edir.

İranın Neft Nazirliyinin sözçüsü də deyib: Çinin şərq sahillərində yanğına məruz qalan neft tankeri qaz konsendantlarının köçürülməsi zamanı çıxan hadisə nəticəsində yanğına məruz qalıb.

Qaz konsendantı yükünə malik olan İranın neft tankerinin yükü İranın Cənubi Pars şirkətinə məxsus olub. Bu yük Cənubi Koreyanın Hanova Total şirkətinə təhvil verilməli idi.

Teqlər