İran tankerinin ekipaj üzvlərindən birinin cəsədi aşkar edilib
İranın Liman və Gəmiçilik Təşkilatının sədri Çin dənizində qəzaya uğramış İranın neftdaşıyan gəmisinin ekipaj üzvlərindən birinin cəsədinin aşkar edilməsindən xəbər verib.
Məhəmməd Rəsdad deyib: Hələ yanmaqda olan tankerin göyərtəsi üstündə ekipaj üzvlərindən birinin cəsədi aşkar edilib və kimliyinin təsbit olunması üçün Şanxaya göndərilib. Xilasetmə qrupları alovları nəzarətə almağa və itkin düşmüş 32 ekipaj üzvünü tapmaq əməliyyatını davam etdirməkdədir.
İran İslam Respublikasının Çindəki səfiri Əli Əsğər Xaci bu hadisə barədə müxbirlərə deyib: Yanvarın 6-da yerli vaxtla saat 20 radələrində Çinin şərq dənizi sularında bir ədəd Honq-Konq-Çin yük gəmisi 137 min ton neft yükü daşıyan bir ədəd nəhəng İran tankeri ilə ortadan toqquşaraq böyük partlayışa səbəb olub.
Xaci deyib: Hadisədən 2 gün keçsə də tankerin yanacaq anbarları biri-birinin ardınca partladığına görə alovlar geniş miqyas alır və neftin 1 km məsafədə gəminin ətrafına yayılmasına görə yanğınsöndürən gəmilər və yardım ekipajının gəmiyə yaxınlaşması mümkün deyil.