Yan 08, 2018 17:57 Asia/Baku
  • İranın AB ilə məhsul dövriyyəsi 61% artıb
    İranın AB ilə məhsul dövriyyəsi 61% artıb

İranın Avropa Birliyinə üzv 28 ölkə ilə məhsul ticarətinin həcmi 2017-ci ilin ilk on ayında 16 milyard 600 milyon dollar olub. Bu isə, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 61% artımın olduğunu göstərir.

İRNA-nın məlumatına görə, Tehran Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının iqtisadi araşdırmalar üzrə müavinliyi bildirib: İranın 2017-ci ilin ilk on ayında Avropa Birliyinə məhsul ixracatının həcmi 8 milyard 241 milyon avro, bu zonadan məhsul idxalının həcmi isə 8 milyard 407 milyon avro olmuşdur. 

Məlumata görə, İranın məhsul ticarətinin artmasının əsas səbəbi, İranın Avropa Birliyinə məhsul ixracının ikiqat artmasıdır. 

İran gömrüyü də ötən gün bildirib ki, 1396-cı günəş ilinin ilk 9 ayında İranın qeyri-neft sektorunun ixracı 31 milyard 640 milyon dollara çatıb. İranın ixracının əsas hissəsi Çin, Birləşmiş Ərəb Əmirlikləri və İraqa olmuşdur. 

Teqlər