Yan 08, 2018 20:54 Asia/Baku
  • Salehi Amano ilə telefonla danışıb
    Salehi Amano ilə telefonla danışıb

İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sədri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə telefon danışığında ABŞ dövləti tərəfindən nüvə sazişi çərçivəsindəki öhdəliklərin pozulması ehtimalı barədə xəbərdarlıq edib.

İRNA-nın verdiyi məlumata görə, Əli Əkbər Salehi bu gün Yukio Amano ilə telefon danışığında deyib: ABŞ təfərindən nüvə razılaşması əsasında götürdüyü öhdəliklərin icra edilməməsi təqdirində İran İslam Respublikası İranın AEBA ilə hazırkı əməkdaşlıqları prossesinə təsirli olacaq qərarlar qəbul edəcək. 

İran ilə 5+1 qrupu arasında nüvə razılaşmasının 2016-cı il yanvardan icra mərhələsinə başlamasından sonra  ABŞ dövləti bu razılaşmanın tərəflərindən biri olaraq öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. 

İİR rəsmiləri dəfələrlə bildiriblər ki, İran Əhatəli Müştərək Təşəbbüs Proqramına onun mənafelərindən faydalandığı zamanadək sadiq qalacaq və bu razılaşmanın İrana xeyri olmazsa ona sadiq qalmağa da səbəb olmayacaq. 

ABŞ prezidenti 2017-ci ildə İranın ƏMTP-yə sədaqətini təsdiqləmədikdən və ABŞ konqresinin İrana qarşı sanksiyaların yenidən icrası barədə qərara gəlməməsindən sonra yeni milad ilinin yanvar ayının ortalarında bu sanksiyalar barədə qərar qəbul ediləcəyi gözlənilir. 

Teqlər