Vilayəti: İran-İraq əlaqələri stratejidir
-
Vilayəti: İran-İraq əlaqələri stratejidir
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri İran-İraq əlaqələrini strateji adlandırıb.
Əli Əkbər Vilayəti Tehranda İraq Ali İslam Məclisinin sədri Humam Həmudi ilə görüşdə əlavə edib: İraq xalqının bəəs rejiminin diktatorluq hakimiyyətindən azad olduğu illər boyu İran və İraq xalqları bir-biriləri ilə yaxşı əlaqələrə malik olublar və malikdirlər.
İraqın xalq və təhlükəsizlik qüvvələrinin terrorizm üzərindəki ardıcıl qələbələrini təbrik edən Vilayəti İraq torpaqlarının terrorçulardan təmizlənməsindən razılıq edib.
İraq Ali İslam Məclisinin sədri Humam Həmudi də İraqda hökm sürən zülm və təcavüzlə mübarizədə İraq xalqı qarşısında tutduqları tarixi mövqelərinə görə, İslam İnqilabının Böyük Rəhbərinə, eləcə də İranın dövləti və xalqına təşəkkür edibdir.