Cahangiri: Amerika nüvə anlaşmasından çıxarsa, zərər etmiş olacaqdır
Yan 09, 2018 20:43 Asia/Baku
İran İslam Respublikasının birinci vitse-prezidenti deyib ki, amerikalılar nüvə anlaşmasından çıxarlarsa, mütləq zərər etmiş olacaqlar.
Eshaq Cahangiri bu gün Tehranda İran İslam Respublikasının Məsləhət Şurasının mərhum sədri Ayətullah Haşemi-Rəfsəncaninin birinci anım mərasimində deyib: Amerikalılar bilsinlər ki, iranlılar Vaşinqtonun nüvə anlaşmasından çıxmasına görə, matəm saxlamayacaqlar.
İran İslam Respublikasının Məsləhət Şurasının mərhum sədri Ayətullah Haşemi-Rəfsəncani 2017-ci il yanvarın səkkizində 82 yaşında vəfat edib.