Sabah Tehranda İslam ölkələrinin 13-cü Parlamentlərarası Toplantısı keçiriləcək
Yan 12, 2018 12:17 Asia/Baku
İslam Əməkdaşlığı Təşkilatı- İƏT-ə üzv İslam ölkələrinin 13-cü Parlamentlərarası Toplantısı sabah icra komitələri və ekspert iclaslarının keçirilməsilə Tehranda işə başlayacaq.
İslam Əməkdaşlığı Təşkilatına üzv İslam ölkələrinin on üçüncü Parlamentlərarası Toplantısının ümumi komitəsi, eləcə də daimi və ixtisas komitələrinin iclasları 2018-ci il yanvarın 13-dən 15-dək qırx bir İslam ölkəsindən olan ekspertlərin işitrakı ilə keçiriləcək.
Asiya və Afrikadan olan qırx bir ölkənin parlament üzvləri Tehran konfransında iştirak edəcəklər. Onlara on iki parlament sədri, doqquz parlament sədrinin müavini, eləcə də iştirakçı heyətlərin sədrləri, həmçinin Rusiyadan olan nümayəndələr daxildir.