Tehranda 13-cü parlamentlərarası iclas öz işinə başlayıb
Yan 13, 2018 13:55 Asia/Baku
Bu gün səhər Tehranda İslami Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 13-cü Parlamentlərarası konfransının işçi qruplarının iclasları öz işinə başlayıb.
İşçi qrupların iclasları 41 müsəlman ölkənin ekspertlərinin iştirakı ilə yanvarın 15-dək davam edəcək.
Tehran iclasında Asiya və Afrikadan 41 ölkənin parlament nümayəndələri iştirak edirlər, bunlara 12 parlament sədri, 9 vitse spiker, eləcə də Rusiyadan nümayəndələr daxildir.