Cəlali: Fələstin parlamentlərarası birliyin ən əsas gündəliyi olaraq qalmalıdır
https://azeri.sahartv.ir/news/İran-i292239-cəlali_fələstin_parlamentlərarası_birliyin_ən_əsas_gündəliyi_olaraq_qalmalıdır
İslami Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin icra komitəsinin 39-cü iclasının sədri bu gün Tehranda deyib: Fələstin mövzusu birliyin və müsəlman ölkələrin gündəliyinin ən əsas prioriteti olaraq qalmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2018 16:34 Asia/Baku
  • Cəlali: Fələstin parlamentlərarası birliyin ən əsas gündəliyi olaraq qalmalıdır
    Cəlali: Fələstin parlamentlərarası birliyin ən əsas gündəliyi olaraq qalmalıdır

İslami Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin icra komitəsinin 39-cü iclasının sədri bu gün Tehranda deyib: Fələstin mövzusu birliyin və müsəlman ölkələrin gündəliyinin ən əsas prioriteti olaraq qalmalıdır.

İRNA-nın verdiyi məlumata görə, Kazım Cəlali İslami Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin icra komitəsinin 39-cü iclasında etdiyi çıxışında ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı tanımasını pisləyərək deyib: Tramp bu məkirli planla müsəlmanların şərəf və birliyinə xələl gətirmək məqsədini güdür. 

İslami Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin icra komitəsinin 39-cü iclasının sədri deyib: İran əcnəbi güclərin müsəlman ölkələrin daxili işlərinə qarışmalarının qarşısının alınması üçün heç bir səydən əsirgəməyəcək. 

Tehran iclasında Asiya və Afrikadan 41 ölkənin parlament nümayəndələri iştirak edirlər, bunlara 12 parlament sədri, 9 vitse spiker, eləcə də Rusiyadan nümayəndələr daxildir.