İran: Əfqanıstan ABŞ-ın hücumundan sonra daha təhlükəsiz olmayıb
https://azeri.sahartv.ir/news/İran-i292895-İran_Əfqanıstan_abŞ_ın_hücumundan_sonra_daha_təhlükəsiz_olmayıb
İran İslam Respublikasının BTM-dəki nümayəndəsinin müavini deyib: Əfqanıstana və ümumiyyətlə regiona edilən istənilən hücum təhlükəsizlik vəziyyətinin yaxşılaşmasına heç bir kömək etməyib. Əksinə təhlükəsizlik vəziyyəti daha kövrək hal alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2018 06:17 Asia/Baku
  • İran: Əfqanıstan ABŞ-ın hücumundan sonra daha təhlükəsiz olmayıb
    İran: Əfqanıstan ABŞ-ın hücumundan sonra daha təhlükəsiz olmayıb

İran İslam Respublikasının BTM-dəki nümayəndəsinin müavini deyib: Əfqanıstana və ümumiyyətlə regiona edilən istənilən hücum təhlükəsizlik vəziyyətinin yaxşılaşmasına heç bir kömək etməyib. Əksinə təhlükəsizlik vəziyyəti daha kövrək hal alıb.

İranın BMT-dəki nümayəndəsinin müavini İshaq Ali Həbib cümə günü BMT Təhlükəsizlik Şurasının "Əfqanıstan və Mərkəzi Asiyada regional əməkdaşlıq; təhlükəsizlik və inkişaf arasındakı birlik simvolu" adlı iclasında çıxış edərək, təhlükəsizlik və inkişaf arasındakı bağlılıqdan danışıb və deyib: İranın baxışında Əfqanıstan rəqabət meydanına yox, beynəlxalq əməkdaşlıq məkanına çevrilməlidir. Bütün region ölkələri və beynəlxalq ictimaiyyət bu fürsətdən istifadə etməlidir. 

İshaq Ali Həbib həmçinin deyib: Bütün ölkələr iqtisadi əməkdaşlıqların yaxşılaşdırılması yolu ilə infrastrukturların yaradılması, ticarət, sərmayə qoyuluşu, nəqliyyat və tranzit sahələrində aktiv iştiraka malik olmaqla Əfqanıstanda sülh və təhlükəsizliyin təmin edilməsinə kömək etməlidirlər.